Bölgə

Şimal bölgəsinə yağan dolu fəsadlar törədib

Ötən gün Şimal bölgəsinə yağan dolu və əsən güclü külək bir sıra fəsadlar törədib. APA-nın verdiyi məlumata görə, Qusarın Çiləgir kəndində kənd sakini Mustafayev Pərviz Tahir oğluna məxsus evin dam örtüyü uçub. Sakinlərə məxsus 40 hektar taxıl, 27 hektar tərəvəz tamamilə məhv olub. Qubanın dağlıq və dağətəyi yaşayış məntəqələrinə yağan yağıntı isə vətəndaşlara məxsus kənd […]

Bölgə

Mingəçevirdə 53 yaşlı kişi özünə xəsarət yetirib

Mingəçevirdə sərxoş kişi özünə xəsarət yetirib. APA-nın məlumatına görə, hadisə yeni məcburi köçkün şəhərciyində baş verib. Belə ki, şəhərcikdə yaşayan 1966-cı il təvəllüdlü Qarazadə Beydulla İzzət oğlu küt alətlə özünə xəsarət yetirib. O, sol qol nahiyəsini kəsərək özünü yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun spirtli içki düşkünü olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Bölgə

Qaxda 3 dost yol qəzasında xəsarət alıb

Qaxda baş verən yol qəzasında 3 gənc xəsarət alıb. APA-nın məlumatına görə, hadisə gecə saatlarında Qax-İlisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yoldan çıxaraq dirəyə çırpılıb. Qəza zamanı avtomaşında olan üç nəfər Qax rayon sakinləri 2001-ci il təvəllüdlü Emin Azad oğlu Xəlilli, 2001-ci il təvəllüdlü Ülfət Teymur oğlu Əhmədzadə və […]

Bölgə

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Bizlan kənd sakinlərinin problemi ilə tanış olub

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji    xidmətlərin təşkili” adlı layihə  çərçivəsində qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün işlər görür, eləcə də […]

Bölgə

Şəkidə baş verən güclü yanğın tam söndürülüb

Şəkidə 500 hektar taxıl sahəsi yanıb, 4 fərdi yaşayış evinə ziyan dəyib. APA-nın məlumatına görə, bu gün günorta saatlarında rayonun Aydınbulaq kənd inzibati ərazisində taxıl sahələrində başlayan yanğın axşam saatlarında tam söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Şəki və ətraf rayonları DYMH-nin 9 yanğınsöndürən maşınları və 100 nəfərdən çox şəxsi heyətləri cəlb edilib. Yanğının söndürülməsində […]

Bölgə

Şəkidə ilan sancan qadın təcili olaraq Respublika Toksikologiya Mərkəzinə göndərilib

Şəkidə 30 yaşlı qadını ilan sancıb. APA-nın məlumatına görə, iyunun 24-dən 25-ə keçən gecə rayonun Şorsu kənd sakini, 1989-cu il təvəllüdlü Gülnaz Qurban qızı Hacıəliyeva ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Tibb müəssəsindən bildirilib ki, G. Hacıəliyeva gecə saatlarında yaşadığı evin həyətyanı sahəsində maşından düşüb evə gedən zaman ilan qəfildən onun […]

Bölgə

Samuxda qohumu ilə mübahisə edən şəxs avtomobillə onun üstündən keçib

Samux sakini mübahisə etdikdən sonra “Niva” markalı avtomobillə qohumunun üstündən keçib. APA-nın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. 18 yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədəninin müəyyən hissələrində sınıq xəsarətləri aşkarlanıb. İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident onlar arasında yaranmış mübahisədən sonra baş […]

Bölgə

29 yaşlı gənc çoxlu həb qəbul edib öldü

Şirvan sakini çoxlu həb qəbul edərək dünyasını dəyişib. Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, Şirvan şəhəri, Xanlar küçəsində yaşayan 1990-cı il təvəllüdlü Gülməmmədli Rəfael Eyyub oğlu intihar məqsədilə çoxlu dərman qəbul edib. Bundan xəbər tutan yaxınları dərhal onu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, R.Gülməmmədlinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bölgə

İmtahanlarda abituriyentlərin ən az bal topladığı rayonlar açıqlandı

Azərbaycanda qəbul imtahanlarında abituriyentlərin ən az bal topladığı rayonlar açıqlanıb. Oxu.Az-ın məlumatına görə, bu barədə 2018/2019-cu tədris ili üçün ali və orta ixtisas müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili hesabatında qeyd edilib. Ağsu, Xızı, Astara, Daşkəsən, Lerik, Ağdaş, Şabran, Sabirabad və Samux rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin […]

Bölgə

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təltif edilib

Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası […]