Bölgə

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub. Bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncamla bu vəzifəyə Vəlahəddin Yusif oğlu Yunsurov təyin olunub. O, icra hakimiyyətinin başçısının müavini – Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edəcək. V. Yunsurov bu vəzifəyə qədər 4 saylı Ərazi Vergilər İdarəsində Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin […]

Bölgə

Gəncədə kəlbəcərlilərin zəfər sevinci – FOTO/VİDEO

Gəncə şəhərində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə bayram şənliyi keçirilib. Baku TV xəbər verir ki, tədbirdən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu  Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər. Gəncədə Kəlbəcər rayonundan olan məcburi köçkünlər rayonun işğaldan azad […]

Bölgə

İlham Əliyev: “Tapşırıq vermişəm ki, Kəlbəcərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın”

“Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etdi. Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin […]

Bölgə

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi – FOTO

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, dövlət başçısının sərəncam və tapşırığına […]

Bölgə

İşğaldan azad edilmiş rayonlarımızda dövlət strukturları fəaliyyətə başladı – RƏSMİ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir. Bununla bağlı nazirlik məlumat yayıb. Bu istiqamətdə növbəti addım olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.

Bölgə

Ağdam məscidindən yeni görüntülər – VİDEO

Noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonundan yeni görüntülər təqdim edilib. Görüntülər məscidin minarəsindən çəkilib. Videoda şəhərin xarabalığa çevrilməsi tam öz əksini tapıb. Mənfur düşmən Ağdamda salamat bir yer qoymayıb, bütün mədəni, tarixi binalar məhv edilib. Həmin görüntüləri təqdim edirik: