Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb. XəbərAl.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 20 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 5 nəfər (o cümlədən 2 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Ana Səhfə
Aprel şəhidimizin anası vəfat etdi – Fotolar
2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Təbriz Əsgərovun anası Kifayət xanım vəfat edib. XəbərAl.az-ın məlumatına görə, bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə yazıb. “Təbriz Əsgərov xüsusi təyinatlı idi. “Gecə canavarı” deyirdilər adına. 2016-cı ilin aprelində qələbə şərbətini başına çəkəndən sonra, Talış yüksəkliyində qəhrəmanlıqla həlak olan şəhidlərimizdəndir. Onun evinə Şəmkirin Morul kəndinə gedəndə anası ilə görüşüm […]
Cocuq Mərcanlıda toy var -FOTOLAR
Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlıda kəndində əlamətdar gündür. XəbərAl.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, ictimaiyyətin yaxından tanıdığı, 24 il ərzində düşmənin işğal altındakı mövqelərinin qarşısında kənddə tək yaşayan Oqtay Həziyevin qardaşının qızının toyudur. Hazırda davam edən mərasimdə kənd sakinləri ilə yanaşı qonşu və ətraf rayonların rəhbər şəxsləri, müxtəlif qurumların rəhbərləri də iştirak edirlər. […]
Tərtərdə erməni qəbiristanlığını çəkən çeçen saxlanılıb
Bu gün axsam saatlarında Tərtər rayonunun Bəyimsarov kəndində Çeçenistan vətəndaşı saxlanılıb. XəbərAl.az xəbər verir ki, əcnəbi kənddə yerləşən köhnə erməni qəbiristanlığını çəkərkən Tərtər rayon İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Onun yanında Naftalan şəhərindən olan bələdçi də olub. Saxlanılan şəxs Çeçenistandan Naftalana istirahətə gəldiyini, erməni dostunun xahişi ilə qəbiristanlığı çəkdiyini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.
Barak Obama Danimarkanın baş nazirinə görə həyat yoldaşı ilə boşanır – FOTOLAR
XəbərAl.az Amerikanın “The Nation” nəşrinə istinadən xəbər verir ki, keçmiş ABŞ prezidenti Barak Obama ilə həyat yoldaşı Mişel boşanmağa hazırlaşırlar. Jurnalın iddiasına görə, nikahın ləğvinin təşəbbüskarı eks birinci xanımdır. O bildirib ki, ərinin bəzi hərəkətlərinə dözməkdən yorulub. O, ərinin Cənubi Afrika prezidenti Nelson Mandela ilə son vida mərasimində Danimarka baş naziri Helle Thorning-Şmidt ilə əylənməyini qəbul […]
Evdən qaçan ana iki uşağı ilə Bakıda tapıldı
Cəlilabad rayon Uzuntəpə kənd sakini 1996-cı il təvəllüdlü Aytac Əliyeva 4 və 2 yaşlı övladları ilə evdən çıxaraq bir daha geri qayıtmayıb. XəbərAl.az xəbər verir ki, bundan narahat olan ailəsi 21 fevral 2019-cu il tarixində onun tapılması üçün Cəlilabad rayon Polis Şöbəsinə və “102” xidməti zəng mərkəzinə müraciət ediblər. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbriləri […]
Mehman Hüseynovun həbs müddəti başa çatdı, azadlığa çıxdı
Bloqer Mehman Hüseynovun həbs müddəti başa çatıb. XəbərAl.az-ın məlumatına görə, M.Hüseynov həbs müddəti bitdiyi üçün martın 2-də azadlığa buraxılıb. Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Paytaxt rayonlarından birinin polis rəisi M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) […]
“Babam Tağıyevə məktub yazaraq xahiş etmişdi ki, ona pul versin”
Prezident İlham Əliyev dünən mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündə əməkdar artist Bəhram Bağırzadənin təklifinə münasibət bildirib. XəbərAl.az-ın verdiyi xəbərə görə, ölkə başçısı, eyni zamanda Hacı Zeynalabdin Tağıyevlə bağlı fikirlərini də bölüşüb. “Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il […]
“Zeynəb, camaatın dərdi var, onlara qulaq asmaq lazımdır”
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı çıxışına münasibət bildirib. XəbərAl.az xəbər verir ki, məşhur pianoçu müğənninin “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” – deməsinə belə reaksiya verib: “Bu görüşə görə dərin […]
Azərbaycana 200 min çinli gələcək
Martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. XəbərAl.az-ın məlumatına görə, memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb. Sənəd 27 fevral-1 mart tarixlərində […]