AKTUAL

İndoneziya mətbuatı Şuşanın erməni işğalından azad edilməsini geniş işıqlandırdı – FOTO

İndoneziyanın kütləvi-informasiya vasitələri Azərbaycan ordusunun keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində Şuşa şəhərinin işğaldan azad olunmasını geniş işıqlandırıb. Xəbəral.az xəbər verir ki, İndoneziyanın “respublika.co.id”, “inews.id”, “kompas.tv”, “minanews.net”, “senayapost.com” və digər KİV-ləri bu tarixi hadisənin elan olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında xalqımıza etdiyi müraciətindən sitatlara geniş yer veriblər. Məqalələrdə 28 ildən bəri işğal altında […]

AKTUAL

Nyu-Yorkda Şuşanın azad edilməsi münasibətilə avtoyürüş keçirildi – FOTO

ABŞ-ın Nyu-York şəhərində Şuşanın işğaldan azad edilməsi münasibətilə avtomobil yürüşü təşkil edilib. “Report” xəbər verir ki, yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Onlar ermənilərin sıx məskunlaşdığı ərazilərdə dayanıblar. Nyu-Yorkun mərkəzi küçə və meydanlarında dövrə vuran həmvətənlərimiz ABŞ ictimaiyyətinin diqqətini çəkib. Onlar bayraqlarla və Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillərin […]

AKTUAL

Prezident xalqa müraciət edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edəcək. Xəbəral.az xəbər verir ki,  müraciət Azərbaycan Televiziyası vasitəsilə yayımlanacaq. Ali Baş Komandanın cəbhədki vəziyyətlə bağlı önəmli açıqlamalar verəcəyi gözlənilir.

AKTUAL

Helsinkidə erməni terroruna etiraz edilib – FOTO

Finlandiyada təhsil alan azərbaycanlı tələbələr erməni terroruna etiraz aksiyası keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Belə ki, Finlandiyada təhsil alan tələbələrin təşəbbüsü və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın dəstəyi ilə Helsinki şəhərinin mərkəzi dəmiryol vağzalının önündə işğalçı Ermənistan ordusunun hərbi təxribatlarını qınayan icazəli aksiya […]

AKTUAL

Dövlət Departamenti: “Azərbaycan dinlər arasında qarşılıqlı hörmət nümunəsidir”

“Azərbaycan təkcə dinlər və xalqlar arasında tolerantlığın yox, həm də müsəlman çoxluğu ilə xristian və yəhudi icmaları arasındakı həqiqi hörmət baxımdan da nümunə ölkədir”. Report xəbər verir ki, bunu Dövlət Departamentinin Antisemitizmə nəzarət və mübarizə üzrə missiya rəhbəri, xüsusi elçi Elan Karr antisemitizmlə mübarizə məsələlərinə həsr olunmuş telekonfransdakı nitqi zamanı bildirib. “Vaxtilə yəhudi icması sinaqoq tikəndə […]

AKTUAL

BANM-da təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının yataqxana borcları silindi – FOTO

Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının yataqxana borclarını ləğv edilib. Bununla bağlı BANM-ın rektoru Elmar Qasımov paylaşım edib. O bildirib ki, eyni zamanda bu tələbələrin ümumiyyətlə yataqxanada BANM hesabına qalmaları haqqında qərar qəbul olunub. Bu gün biz, Bakı Ali Neft Məktəbində təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının Yataqxana borclarını ləgv […]