AKTUAL

DTX-nın həbs etdiyi vəzifəli şəxsin yerinə təyinat oldu

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub. XəbərAl.az xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb. Əmrə əsasən, Müşfiq Hüseynov Ağstafa RİH-nin başçısının birinci müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Ağstafa RİH-nin başçısının keçmiş birinci müavini Ramiz Tatarov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə […]

AKTUAL

Tağı Əhmədov xəstəxanaya yerləşdirildi

“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb. XəbərAl.az-ın məlumatına görə, onun ayaqları tutulub. T. Əhmədov Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Onun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub. Hazırda metropolitenin keçmiş rəisinin vəziyyətinin ağır olduğu bildirilir.

AKTUAL

Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı – FOTO

Azərbaycan Milli Elimlər Akademiyasının preidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev özünə Almaniya istehsalı yeni BMW X6 avtomobili alıb. Məlumatlı mənbələrin verdiyi məlumata görə,sabiq deputat bu avtomobili sabiq nazir Füzuli Ələbərova məxsuz “Improtex Motors”dan əldə edib. Məlumata görə bu avtomobillərin qiyməti elə də ucuz deyil və təqribi 250-300 min manat qiymətindədir. Qeyd edək ki.Ramiz […]

AKTUAL

Azad Rəhimov başqa xəstəxanaya köçürüldü

Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur. XəbərAl.az xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib. Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb. […]

AKTUAL

Keçmiş Bələdiyyə sədri yeni vəzifəyə təyin olundu

Sumqayıt Bələdiyyəsinin keçmiş sədri Sultan Əsədov yeni vəzifəyə təyin olunub. XəbərAl.az xəbər verir ki, ötən həftə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsindən istefa verən Sultan Əsədov yeni posta təyin olunub. O, bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutacaq. S. Əsədov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009-cu və 2014-cü illərdə Sumqayıt […]

AKTUAL

Azad Rəhimov komaya düşdü

Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb. XəbərAl.az xəbər verir ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb. Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır […]

AKTUAL

Nurəli Yusifbəyli yeni vəzifəyə təyin olundu – Foto

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub. XəbərAl.az xəbər verir ki, bu barədə Universitetin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Nurəli Yusifbəyli Tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb. O, bu gün kollektivə təqdim olunub.  Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad […]

AKTUAL

İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu

Şirvan Şəhər İcra Hakimiyyətində təyinat olub. XəbərAl.az-ın əldə etdiyi məlumata əsasən, bununla bağlı İcra Hakimiyyəti başçısı İlqar Abbasov əmr imzalayıb. Əmrə əsasən, Aynur Fərzəliyeva icra başçısına müavin təyin edilib. Oxu.Az Qeyd edək ki, A.Fərzəliyevaya qədər bu vəzifəni Elmira Ağayeva icra edib. O, bir müddət əvvəl koronavirusdan dünyasını dəyişib.

AKTUAL

Vilayət Eyvazov rəisi sərəncama göndərdi

Daxili İşlər Nazirliyində növbəti kadr islahatı aparılıb. XəbərAl.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov vəzifəsindən azad edilib.  R.Zalov sərəncama göndərilib.