AKTUAL

Dövlət Gömrük Komitəsindən yayılan xəbərlərlə bağlı AÇIQLAMA

“Bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikası istehsalı olan məhsulların Türkiyə istehsalı adı altında Türkmənistan Respublikasına göndərilməsi, bu fəaliyyəti həyata keçirən şirkətlərin guya Dövlət Gömrük Komitəsi tərəfindən himayə olunduğuna dair məlumatlar yayılıb”. XəbərAl.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir. Dövlət Gömrük Komitəsi bildirir ki, yayılan məlumatlar tamamilə […]

AKTUAL

BDU-nun yeni yataqxanasının açılışı oldu — FOTO

Bu gün Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılış mərasimi olub. XəbərAl.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib. Qeyd edək ki, ümumi sahəsi 5100 kvadrat metr olan beş mərtəbəli yataqxana 220 nəfər tələbə üçün nəzərdə tutulub. Yataqxanada 104 standart yataq otağı ilə yanaşı, iki qonaq otağı, oxu zalı, […]

AKTUAL

BSU-nun rektoru şöbə müdirinin pulları mənimsədiyini təsdiqlədi: “140 min manat zərər dəyib”

Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva ali təhsil müəssisəninin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin təhsil haqqını mənimsəməsinə münasibət bildirib. Bununla bağlı  rektor bildirib ki, D.Əliyeva 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. “Payız semestrinin imtahan sessiyanın başlanması ilə əlaqədar onun vəzifəsini müvəqqəti icra edən şəxs […]

AKTUAL

AZAL Bakı və Dubay arasında reyslər həyata keçirməyə başlayır

Fevralın 15-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır. “Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, növbəti ayda, 15 və 22 fevral tarixlərində AZAL qeyd edilən istiqamətdə iki uçuş yerinə yetirəcək. Mart ayından etibarən isə Dubay istiqamətində uçuşların sayı artırılaraq həftədə iki dəfə – birinci və beşinci günlər yerinə yetiriləcək. Qeyd […]

AKTUAL

“Azərkosmos”un rəhbərliyinə müvəqqəti TƏYİNAT

“Azərkosmos” ASC-nin, yanvarın 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmuş sədri Rəşad Nəbiyevin yerinə müvəqqəti təyinat olub. XəbərAl.az xəbər verir ki, səhmdar cəmiyyətə rəhbərlik sədr müavini Rövşən Rüstəmova həvalə edilib. O, 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. R.Rüstəmov […]

AKTUAL

Qarabağ qazisinə vəzifə verildi

Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub. XəbərAl.az xəbər verir ki, bununla bağlı Xətai RİH başçısı Rafiq Quluyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qarabağ qazisi Anar Məmmədov RİH-in strukturunda yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin olunub.