AKTUAL

“Erkən seçkilər məsələsi məqsədli şəkildə gündəmə gətirilir” PARTİYANIN SƏDR MÜAVİNİ AÇIQLADI

Son günlər Azərbaycanda referendumun keçirilməsi və erkən parlament seçkilərinin keçirilməsindən danışılır. Düşünürəm ki, bu məsələlər məqsədli şəkildə gündəmə gətirilir”. Bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib. A.Abdulkərimov vurğulayıb ki, bu günlərdə Rusiyanın müxalifət partiyasının lideri Jirinovski də region və ölkəmizlə bağlı xoşagəlməz açıqlamalarla çıxış etmişdi: “Hesab edirəm ki, bu məsələlər hər hansısa […]

AKTUAL

Sahibə Qafarova: “Deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır”

“Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb”. XəbərAl.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinnin sədr müavini […]

AKTUAL

Vüqar Rəhimzadə: Azərbaycanın uğurlarını həzm etməmək müxalifətçilik yox, “düşmən dəyirmanına su tökmək”dir

«30 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarının zirvəsində dayanan Zəfərimiz bütün sahələrdə görülən işlərin, həyata keçirilən təkmil islahatların, gələcəyə hesablanmış inkişaf strategiyasının təqdimatıdır.  Son 18 ildə Azərbaycanı möhkəm təməl üzərində inamla irəli aparan möhtərəm Prezidentimiz İlham Əliyevin əsas tələbi budur ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən bəhrələnməli, […]

AKTUAL

Vüqar Rəhimzadə: Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır

Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır “Tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı  dünyaya nümunədir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, biz bütün məsələlərdə bir yerdəyik. Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da Azərbaycan və Türkiyə […]

AKTUAL

Çavuşoğlu: “Azərbaycanın dəstəyi bizə güc verir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib. XəbərAl.az xəbər verir ki, nazir tvitter hesabında C.Bayramovun başsağlığı mesajını paylaşıb. “Dəyərli qardaşım Ceyhun, həmrəyliyin və başsağlığı mesajın üçün təşəkkür edirəm. Can Azərbaycanın dəstəyi və qardaşlığı bizə güc verir”, – nazir qeyd edib.

AKTUAL

Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir

“Həyat yerində durmur, yaranan yeni reallıqlar yeni əməkdaşlıq münasibətlərinin formalaşdırılmasını, səylərin artırılmasını, regoionda və dünyada cərəyan edən proseslərin təhlili əsasında  yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi ortaya qoyur. Bu baxımdan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdən sonra istər regionda, istərsə də dünyada  baş verən yeniliklər  diqqət mərkəzindədir.  Vətən müharibəsinin həqiqət anı kimi bu gün […]

AKTUAL

Narkomaniyaya qarşı ümummili mübarizə mütləqdir

Millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Təkcə yaxşı şeylərin tarixi olmur. Qəribə də səslənsə, narkomaniyanın tarixinin, kökünün nə vaxta və hara söykəndiyinə nəzər salsaq, tarixə baxsaq, görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl […]

AKTUAL

Leyla Abdullayeva: “Ermənistanı regionda yaranmış reallıqları qəbul etməyə çağırırıq”

“Ermənistanı regionda yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son qoymağa və dövlət sərhədlərinin delimitasiyası üzrə danşıqlara başlamağa çağırırıq”. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində yazıb. “Azərbaycan öz ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır. Ərazi bütövlüyümüzə qarşı yönəlmiş istənilən addımlara qətiyyəli cavab veriləcək!”, – paylaşımda deyilir.

AKTUAL

Günel Gözəlovanın iddiası üzrə məhkəmə işinin baxış iclası keçirildi – Araz Bayramov gəlmədi

Bu gün Nərimanov rayon Məhkəməsində tanınmış teleaparıcı Günel Gözəlovanın iddiası üzrə məhkəmə işinin baxış iclası keçirilib. XəbərAl.az xəbər verir ki, cavabdeh cərrah, uroloq-androloq Araz Bayramov məhkəmə iclasına gəlməyib, onu vəkili təmsil edib. Jurnalistlər məhkəmə salonuna buraxılmayıb. Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən Günel Gözəlova bildirib: “Məhkəmə prosesində gözlədiyim kimi qarşı tərəf iştirak etmədi. Bunu normal qarşılayıram, […]

AKTUAL

Abel Məhərrəmovun oğlu Azərbaycanın Estoniyada səfiri təyin edildi

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. XəbərAl.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. O, 2016-2021-ci illərdə Azərbaycanın İspaniyadakı səfiri vəzifəsində çalışıb.