Cəmiyyət

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olunanlara müraciət etdi

Sharing is caring!

2022/2023-cü tədris ili üçün Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rezidenturasına qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildikləri ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Rezidenturaya qəbul olmuş şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra 12.09.2022-ci il tarixindən 15.09.2022-ci il tarixinədək Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və siyahıda göstərilən sənədlərin əslini və surətini qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:

Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini;

əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;

xarici ölkələrdə ali təhsil almış şəxslər – Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir