Cəmiyyət

Kişi arvadını və nənəsini bıçaqladıqdan sonra özünə xəsarət yetirib

Sharing is caring!

Kürdəmirin Topalhəsənli kəndində kişi arvadını və onun nənəsini bıçaqladıqdan sonra özünə xəsarət yetirib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Lənkəran rayon sakini, Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində arvadı Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.

Daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralıların hər üçü “təcili yardım” avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, çütlük 5 ay əvvəl ailə qurub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir