Cəmiyyət

Goranboyda avtomobil qəzası olub, ölən və yaralılar var

Sharing is caring!

Goranboy rayonunda ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir