Cəmiyyət manset

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirdilər

Sharing is caring!

 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti dəfə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin təşəbbüsündə iştirak edib.

XəbərAl.az xəbər verir ki,təşəbbüs çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı və Bakcell şirkətinin əməkdaşlığı, “Məktəblinin dostu” layihəsinin tərəfdaşlığı ilə xüsusi aksiya təşkil olunub. “Bilik Günü” münasibətilə keçirilmiş bu aksiyanın əsas məqsədi yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq həssas qruplara aid uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bakcell nümayəndələri və ASAN könüllülərinin iştirakı ilə keçirilmiş xüsusi tədbirdə 284 nömrəli məktəbdə təhsil alan 25 şagirdə “Bakcell”dən məktəbli çantaları və digər məktəb ləvazimatları hədiyyə edilib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsi 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların məktubları www.asanmektub.az saytına yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.

Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərir. “ASAN Məktub” layihəsi ilə tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir