Cəmiyyət

“İtaliya-Azərbaycan Universiteti sayəsində faydalı kadrlar yetişəcək”

Sharing is caring!

İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu start götürüb. Prezident İlham Əliyev beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Dövlət başçısı çıxışı zamanı Azərbaycan-İtaliya əlaqələri (siyasi, iqtisadi, elm və təhsil, mədəniyyət sahələrində), iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı ilə bağlı fikirlər səsləndirib.

Bəs görəsən, İtaliya ilə bu yöndəki əlaqələr Azərbaycan elminə nə vəd edir? ADA-nın İtaliyanın aparıcı universitetləri ilə əməkdaşlığı təhsilimizə nə kimi təsirlər göstərə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov İtaliya ilə Azərbaycan arasında həm siyasi, həm də mədəni bağların olduğunu deyib:

“İtaliya-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Xüsusilə Azərbaycanın neft strategiyasında İtaliyanın əhəmiyyətli rolu var. Çünki Bakı-Tbilisi Ceyhan xətti ilə ixrac olunan neft İtaliyanın limanlarına göndərilir və dolayısı ilə Azərbaycanın ixracında hər zaman birinci ölkə 15-20 ildir ki, İtaliya olur. Bu, neft ixracı ilə əlaqəlidir. Eyni zamanda, bizi bağlayan həm mədəni, həm də digər siyasi bağlar var. Universitetlərinin açılması, düşünürəm ki, bağları daha da möhkəmləndirəcək”.

E.Süleymanov qeyd edib ki, İtaliya-Azərbaycan Universiteti Azərbaycanda kadrların yetişməsinə faydalı olacaq:

“Bu universitetlə əlaqəli 2020-ci ildə razılıq əldə olunmuşdu. Bu ilin aprel ayında təməli atıldı. Beş universitetdən biri olan Sapienza Universiteti Romada fəaliyyət göstərən, eyni zamanda kifayət qədər tanınmış, tarixi ənənəsi olan ali məktəbdir. Bu universitetlərə magistratura və Erasmus proqramı ilə kifayət qədər tələbələrimiz gedirdi. Həmin universitetlərdəki təhsil keyfiyyətindən çox razı idilər. Xüsusilə də son illər İtaliyada təhsil alan azərbaycanlıların sayı kifayət qədər çoxdur”.

Ekspert əlavə edib ki, Azərbaycan təhsili qazanc əldə etmiş olacaq:

“Eyni zamanda, İtaliyanı Qarabağın işğaldan azad olunmuş regionlarının bərpasına cəlb etmək olar. Geridə qoyduğumuz Qarabağ münaqişəsində Azərbaycana dəstək olan ölkələr bu regionların çiçəklənməsində iştirak edə bilərlər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir