Cəmiyyət

Şəmkir sakinində narkotik və “Kalaşnikov” avtomatı aşkar edilib – FOTO

Sharing is caring!

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Zakir Əmiraslanov saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan tiryək aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman gizlətdiyi bir ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, bir ədəd həmin avtomata məxsus daraq və 22 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. 

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir