Cəmiyyət

“İyirminci əsrin 100 adamı”ndan biri olan azərbaycanlı alim vəfat edib – FOTO

Sharing is caring!

Texnika elmləri doktoru, professor Zahid Əliyev vəfat edib.

APA xəbər verir ki, neftçi alim 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əliyev Zahid Səməd oğlu 1935-ci ildə Şəmkir rayonunun Zəyəm kəndində anadan olub. 1957-ci ildə “Neft yataqlarının işlənilməsi və istismarı” ixtisası üzrə AzSİ-nin (indiki ADNSU – red.) neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azərbaycanın EA sisteminə göndərilib. O, burada 1959-cu ilə qədər kiçik elmi işçi vəzifəsində işləyib. 1959-1964-cü illərdə – ÜETQİ-da aspirant olub. 1964-cü ildə “Lay təzyiqini saxlamadan qaz-kondensat yataqlarının işlənilməsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1961-1979-cu illərdə ÜETİQİ-da böyük elmi işçi vəzifəsində işləyib. 1965-1973-cü illərdə Çiren və Novo-Oryaxovo (Bolqarıstan) yataqları layihələrinin baş mühəndisi və Zalsvedel-Pakenzen (Almaniya) qaz yatağının işlənilməsi üzrə baş məsləhətçi işləyib. 1979-cu ildən akad. İ.M.Qubkin adına MNK və QSİ-da (Moskva ş.) pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə “Qaz və qaz-kondensat quyularının istismarı zamanı ilkin məlumatların əldə edilməsinin qazohidrodinamiki üsullarının işlənilməsi və tətbiqi və texnoloji rejimin əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 1987-ci ildən indiyə qədər akad. İ.M.Qubkin adına Rusiya Dövlət neft və qaz universitetinin professoru vəzifəsində işləyib.

Zahid Əliyev Oksford Universiteti tərəfindən ötən əsrin 100 adamı elan edilən şəxslərdən biri olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir