Cəmiyyət Manşetüstü

Mahir Əmrəlinin evini qarət edənlər tapıldı

Sharing is caring!

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Əmrəlinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Hüquq-mühafizə orqanlarından XəbərAl.az-a verilən məlumata görə, iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və onların ətrafında tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmin şəxslərin adları istintaq sirri olduğundan açıqlanmır.

Qeyd edək ki, M.Əmrəlinin Sulutəpədə yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir