Cəmiyyət

Beynəlxalq Maarif Məktəbləri Azərbaycanda fəaliyyətə başlayacaq

Sharing is caring!

“Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlunun dəstəkləri ilə Maarif Vəqfinin məktəbləri bu gün etibarilə Azərbaycanda quruldu”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mətbuata açıqlamasında deyib.

Səfir qeyd edib ki, bunun hər iki xalqa xeyirli-uğurlu olacağına ümid edirlər. C.Bağçı vurğulayıb ki, Türkiyə XİN xarici ölkələrdə cümhuriyyətin 100-cü ilində insani və mədəni diplomatiya ilə yumşaq gücündən istifadə etməkdədir: 

“Biz Türkiyə Beynəlxalq Maarif Məktəblərini qardaşlıq üçün atılmış yeni təməl hesab edirik”.

Səfir qeyd edib ki, Türkiyə Beynəlxalq Maarif Məktəblərinə qeydiyyat başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir