Cəmiyyət

Bakı küçələrinin birində maşınlar zibili yol kənarından yığırlar – ŞİKAYƏT + VİDEO

Sharing is caring!

Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yolboyu zibil qutuları yerləşdirilməyib. Nəticədə sakinlər zibili yol kənarına atırlar. Bu isə ərazinin zibillənməsinə və ətrafı üfunət qoxusunun bürüməsinə səbəb olur.

Bu barədə Oxu.Az-a həmin küçənin sakinləri tərəfindən şikayət daxil olub. Qeyd olunub ki, məsələ ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə olmayıb.

“Zibil maşını səhər saat 9-10 arası gəlib zibilləri yol kənarından yığır. Hər gün bu qoxuya dözmək məcburiyyətindəyik”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir