Cəmiyyət

Daşkəsəndə kişi gəlinini qətlə yetirdi

Sharing is caring!

Daşkəsəndə gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub.

Bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.

Avqustun 22-si saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası, 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq tədbirləri davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir