Cəmiyyət

Nazirlikdən kanalizasiya sularının dənizə axıdılması ilə bağlı AÇIQLAMA – VİDEO

Sharing is caring!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxtda kanalizasiya sularının dənizə axıdılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində tullantı sularının dənizə axıdılması ilə bağlı quruma daxil olan şikayət araşdırılıb:

“Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidə formalaşan çirkab suların yağış sularının idarə olunması üçün nəzərdə tutulan boru vasitəsilə dənizə axıdıldığı müəyyən olunub.

Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb. Analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir