Cəmiyyət

289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb – RƏSMİ

Sharing is caring!

Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb, 2594 nəfər hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan, beş nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Abbas Xəlilov bu gün qurumun 103 illiyinə həsr edilən hesabat tədbirində məlumat verib.

Ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Eləcə də Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən bir nəfər Azərbaycan vətəndaşı saxlanılıb və altı nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir