Cəmiyyət

Köhnə məscid, tarixi çinar, tarix qoxan Basqal küçələrindən FOTOREPORTAJ

Sharing is caring!

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Dövlət Turizm Agentliyi tərəfindən yenidənqurma və bərpa işləri aparılıb.

Görülən işlərlə tanışlıq məqsədilə media nümayəndələrinin Basqala mediaturu təşkil edilib.

“Basqal” Dövlət Tarix-Mədəniyyət ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işləri barədə geniş məlumat verən agentlik nümayəndələri jurnalistlərin ərazini gəzməsinə şərait yaradıb.

Ərazidə qədimi hamam, köhnə məscid və küçələrdə qorunub saxlanılan qədimiliyin səbəbləri barədə məlumat verilib.

Qeyd edək ki, avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Diri Baba” türbəsi və “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edərək burada aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olublar.

“Global Photo Stock”un əməkdaşının “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundan hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir