Cəmiyyət manset

“Təmiz Qaz” QSC-Də Görülən Işlərin Yekun Hesabatı Keçirilib-FOTOLAR

Sharing is caring!

XəbərAl.az Fakttv.com -a istinadən xəbər verir ki, 2019 ci il Avqust ayı ərzində görülən işlərin yekun hesabatı haqqında Regional Mərkəzlərin rəhbərləri ilə Bakı RM-də iclas keçirilib.

Təmizqaz QSC -nin direktoru Nurşən Alıyev iclasda görülən işlərdən danışıb və görülən işləri yüksək qiymətləndirib.

Bizim öhdəliyimizə düşən vəzifə qaz sızmalarının yerini və dərəcəsinin vaxtında aşkar etməklə  baş verəbiləcək  yanğın, partlayışların qarşısını almaq, qaz itkilərinin həcminin azaldılmasına yardımçı olmaq və ətraf mühitin qorunmasıdır və hər bir işçi öz işində məsuliyyətli olmalıdır.

Qeyd edək ki,”Təmiz Qaz” Layihəsi 09 iyul 2014-cü ildə   yaradılmışdır. 2016-cı ilin mart  ayında Layihənin əsasında «Təmiz Qaz» QSC -i  yaradılmışdır.
QSC-nin  əsas vəzifəsi:
“Azəriqaz” İB və digər müəssisə və təşkilatların  sifarişləri  əsasında Respublikanın şəhər və rayonlarında:

xarici qaz kəmərlərinə (yeraltı və yerüstü), onların üzərində quraşdırılmış qaz avadanlıqlarına ( qaz tənzimləyici       qurğuları, açıcı və bağlayıcı kran və siyirtmələr və s.),yeraltı qaz kəmərlərindən 15 metr məsafədə yerləşən yeraltı   quyulara ( qaz, su, kanalizasiya, rabitə, elektrik)   gəzmə üsulu ( piyada ) və ya xüsusi avadanlıqlarla təchiz edilmiş mobil nəqliyyat vasitələri ilə dövrü texniki baxış, sazlama və cari təmir işlərini yerinə yetirməkdən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir