Cəmiyyət

Axşam düşən kimi hamı at çapmağa tələsir: Sumqayıtda dəniz qırağında möhtəşəm anlar – VİDEO

Sharing is caring!

Kimisi atdan qorxur, kimi yıxılmaqdan. Kimi də ümumiyyətlə bunu bacarmayacağını düşünür. Amma at sürmək maraqlı bir əyləncə növüdür.

APA TV-nin verdiyi məlumata görə, Sumqayıtda elə ki axşam saatları oldu, sakinlər dəniz kənarında at çapmağa tələsirlər.

Düz dənizin kənarında, dalğaların səsini dinləyərək at çapmağı öyrənənlər heç də az deyil. Əgər bu sahildən keçsəniz və at sürmək fikrinə düşsəniz, bacarmamaq fikri sizi qorxutmasın. Çünki şəhər sakinlərinə at sürməyi öyrədən 13 yaşlı bu çaparla qarşılaşsanız, o sizi də öyrədəcək.

Gülay Fərzəliyeva deyir ki, çapar olmaq həvəsi kiçik yaşlarından yaranıb. Gülayın at çapmaq məharəti hamı tərəfindən maraqla qarşılanır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir