Cəmiyyət

Xəzər dənizinə “köpəkbalığı” buraxan şəxs üzr istədi – VİDEO

Sharing is caring!

Xəzər dənizinə köpəkbalığına bənzər naqqa panqassius buraxan şəxs Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə dəvət edilib. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq idarədən bildirilib. 

Bildirilib ki, Elxan Osmanov idarənin Balıq Ehtiyatlarının Mühafizə və Brakonyerliklə Mübarizə Bölməsinə dəvət edilib. 

O, vətəndaşlar arasında yaratdığı çaşqınlığa görə üzr istəyib.

Qeyd edək ki, bir neçə gün əvvəl E.Osmanov sosial şəbəkələrdə Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı video çəkib, yayıb.

Təşvişə səbəb olan məlum video insanlar tərəfindən birmənalı qarşılanmayıb.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir