Cəmiyyət

Bərdədə ağır qəza: İki avtomobil toqquşdu, yaralılar var

Sharing is caring!

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı iki avtomobil toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı fərdi həyətyanı evin divarına çırpılıb, digəri isə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar sakinlərin köməyilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisə nəticəsində xəsarət alanların sayı və şəxsiyyətləri müəyyənləşdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir