Cəmiyyət

İyirmi uşağa məktəbdə yer tapılmadı: “Gələn il gəlsinlər” – ŞİKAYƏT

Sharing is caring!

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində rus bölməsi üzrə I sinfə qəbul olan şagirdlərə məktəbdə yer tapılmır. 

Bu barədə Oxu.Az-ın redaksiyasına valideynlər müraciət ediblər. 

Bildirilib ki, iyirmi uşaq rus sektoru üzrə təhsil almaq üçün imtahanlardan keçsə də, məktəbdə sinif yoxdur:

“Təhsil ocağında əlavə sinif açılmır. Məktəbdən deyirlər ki, uşağınızın təhsil alması üçün ya başqa ərazidəki məktəbə müraciət edin, ya da növbəti tədris ilində təhsil alsınlar. Biz Zabratda evimizin yaxınlığında məktəb ola-ola necə başqa əraziyə müraciət edək? Məktəbdən təhsil ocağında sinif olmadığı üçün uşaqlarımızın bir il dərsə gec başlamalarını təklif etmələri nə dərəcədə düzdür?”

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tədrisi digər dildə aparılan bölmələr üzrə 81 nömrəli tam orta məktəb üçün https://mektebeqebul.edu.az/ sistemində 2022-2023-cü tədris ili üzrə iki sinif açılıb:

“Həmin siniflərdən birində müəllim olmadığı üçün vakant kimi qeyd edilib. Sistemdə həmin siniflər üzrə dərs aparılacaq otaqların maksimum tutumuna uyğun olaraq şagird yerləri açılıb və hazırda həmin yerlər tutulub. 

Eyni zamanda, məlumat üçün bildiririk ki, 81 nömrəli tam orta məktəbdə şagird sıxlığı səbəbindən sinif otaqlarında çatışmazlıq yarandığı üçün həmin məktəbdə modul tipli sinif otaqları təşkil edilib. Valideynlərə həmin ərazidə yerləşən digər ümumi təhsil məktəbinin Azərbaycan bölməsinə sorğu yerləşdirmək tövsiyə edilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir