Cəmiyyət

Azərbaycanda daha 373 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 798 011 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9 746 nəfər vəfat edib, aktiv xəstə sayı 2 209 nəfərdir.

Ölkədə son sutka ərzində 2 847, hazırkı dövrədək isə 7 039 346 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir