Cəmiyyət

Azərbaycanda quraqlığa görə 100 min hektar ərazidə taxıl əkinləri məhv oldu

Sharing is caring!

“Bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub”.

Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Real TV”yə müsahibəsində bildirib.

“Eyni halı 2020-ci ildə də yaşamışıq və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir”, – deyə o qeyd edib.

Xatırladaq ki, hazırda ölkədə taxıl biçini davam edir, cari ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb, bunun 600 min hektara yaxınını buğda, 400 min hektara yaxınını isə arpa əkinləri təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir