Cəmiyyət

Bakıda qeyri-adi təmizlik məsələsi böyüyür: Nazirlik polisə müraciət etdi – VİDEO

Sharing is caring!

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindəki gölə və gölün ətrafına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov Oxu.Az-a açıqlamasında göl və gölün ətrafının tullantılardan təmizləndiyini bildirib.

Xidmət rəsmisi onu da qeyd edib ki, ərazinin nəzarətə götürülməsi, tullantıların qalaqlanması hallarının təkrarlanmaması və vaxtında zəruri tədbirlərin görülməsi məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinə, əraziyə zibil boşaldan nəqliyyat vasitələrinin müəyyən olunması üçün isə Bakı Şəhər Baş Polis və Sabunçu Rayon Polis idarələrinə müraciət olunub.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir