Cəmiyyət

İki uşaq anası kəskin leykozdan əziyyət çəkir: Təcili əməliyyat olunmalıdır – FOTO

Sharing is caring!

Kəskin leykozdan əziyyət çəkən 37 yaşlı Nairə hər kəsdən kömək gözləyir.

Oxu.Az-la əlaqə saxlayan Nairənin yaxınları onun təcili sümük iliyi transplantasiyasına (köçürməsi) ehtiyacı olduğunu bildiriblər.

Zaqatala rayon Əliabad qəsəbə 2 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Nairə Məmmədovanın əməliyyatı üçün donor tapılsa da, lazım olan məbləği toplaya bilməyiblər.

İki uşaq anasının əməliyyatı üçün 140 000 AZN lazımdır. Nairə xanım toplanan 40 000 AZN-lə Türkiyədə müalicə alıb, lakin yerdə qalan məbləğ çatışmadığı üçün əməliyyat oluna bilməyib.

Təcili olaraq əməliyyata ehtiyacı olan xanımın ailəsi ilə əlaqə saxlamaq istəyən şəxslər 055-609-93-88 (qardaşı Rahim Osmanov) mobil nömrəsinə zəng edə və ya bank hesab nömrəsi vasitəsi ilə yardım edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir