Cəmiyyət

Yol-nəqliyyat hadisəsi baş verərsə, sürücü nə etməlidir?

Sharing is caring!

“Yol-nəqliyyat hadisələri zamanı sürücülər nə etməli oduqlarını bilməlidirlər”.

Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi​nin baş inspektoru, polis mayoru Araz ƏsgərliOxu.Az-a açıqlamasında deyib.

O bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi qiymətləndirildikdən sonra müvafiq qaydada qanuni tədbirlər görülür: 

“Baş vermiş yol-nəqliyyat hadisələri hüquqi mahiyyətinə görə iki qrupa bölünür. Birinci qrup maddi xəsarətlə yekunlaşanlar, digəri isə insan xəsarəti və ölümü ilə nəticələnən hadisələrdir. Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil. Yəni prosessual araşdırma tələb edən məsələyə çevrilir. Çünki xəsarət alanların xəsarət dərəcəsi müəyyənləşdirilir, xəsarət az ağır və ağır formadadırsa (tibbi ekspertin rəyi əsasında),  artıq cinayət tərkibli məsuliyyət yaradır. Yüngüldürsə, qərar qəbul olunması məhkəmənin məsuliyyətində olan hal yaranır və inzibati xəta törədən şəxsə 200 manat məbləğində cərimə və ya məhkəmənin qərarı ilə sürücülük hüququnun altı aydan bir ilə qədər məhdudlaşdırılması kimi məsuliyyət tətbiq olunması nəzərdə tutulur. Əgər xəsarətin dərəcəsi müəyyən edilməyibsə, bu zaman yol hərəkətinin hansı qaydası pozulubsa, ona uyğun formada inzibati protokol tərtib olunur”.

Araz Əsgərlinin sözlərinə görə, hadisə maddi ziyanla bitibsə və bu halda sürücü hadisə yerindən yayınırsa, İXM-nin 327.6-cı maddəsinə əsasən, təqsirkar sürücünü 100 manat məbləğində cərimə və dörd cərimə balı olan protokol gözləyir:

“Hadisə zamanı sürücü birinci olaraq yol polisini məlumatlandırmalıdır ki, hadisə yerinə gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirsin və sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçün müvafiq sənədlər də sığortaya vaxtında təqdim olunsun”.

O qeyd edib ki, sürücülərin hadisə yerindən yayınması gələcəkdə onların sığorta ödənişlərinin alınmasından imtinaya əsas kimi qiymətləndirilə bilər. Yəni sürücü üçün gələcəkdə bu hərəkəti həm inzibati, həm də mülki məsuliyyət də yarada bilər:

“Yol hərəkəti haqqında” qanununun ​37-ci maddəsində sürücünün üzərinə qoyulan vəzifəyə görə, baş vermiş hadisə zamanı xəsarət alan şəxs varsa, mütləq ona təcili tibbi yardım çağırılmalı, şəxsin sağlamlığına dəymiş halın qarşısını almaq üçün müvafiq ilkin addımlar atılmalıdır. Bunları etmək əvəzinə sürücü hadisə yerindən uzaqlaşırsa, bu onun barəsində açılmış cinayət işində ağırlaşdırıcı hal kimi məsuliyyətini dərinləşdirir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir