Cəmiyyət

Zaqatalada xəstəlik mənbəyi: İyirmi ildir, ancaq söz verirlər – VİDEO

Sharing is caring!

Zaqatala rayonunun şimal-qərb massivində yaşayan 800 ailə hələ bu ilin mart ayında Baku TV-yə müraciət edərək məişət tullantıları ilə bağlı şikayətlərini dilə gətirmişdi.

Aidiyyəti qurumlar isə məsələnin yaxın zamanda həll olunacağını bildirmişdi.

Görünən odur ki, verilən söz elə söz olaraq qalıb. Artıq iyul ayıdır və temperatur 35-40 dərəcəyədək yüksəlib. Üfunət daha da kəskinləşib. Poliqondan gələn pis qoxunun artmaması üçün yandırılan tullantıların tüstüsü isə ayrı bir narahatlıq yaradır.

Sakinlərin sözlərinə görə, məişət tullantıları poliqonu ötən əsrin 50-ci illərində salınıb. 20 il öncə isə orada vətəndaşlara torpaq paylanıb, poliqonun isə köçürüləcəyi bildirilib. Ancaq məsələ bu günə qədər həllini tapmayıb.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir