Cəmiyyət

Xurşidbanu Natəvanın əl işi olan köynək bərpa edilir – FOTO

Sharing is caring!

“Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işlərindən biri olan köynək bərpa edilir.

Bu barədə Milli Tarix Muzeyi məlumat yayıb.

Bildirilib ki, sözügedən köynək hazırda bərpa və konservasiya işlərinin aparılması məqsədi ilə muzeyin Bərpa laboratoriyasına cəlb olunub.

Qarabağ incilərindən olan eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, bərpa və konservasiya işləri zamanı eksponatın heç bir hissəsi demontaj edilməyəcək. Belə bir üsul bərpanı yetərincə çətinləşdirsə də, Xurşidbanu Natəvanın əl işinin tam orijinallığını qoruyacaq. Bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra eksponat ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, eksponatın konservasiya və bərpa işləri muzeyin tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir