Cəmiyyət

Qazi: “Döyüşlərdə yaralansam da, valideynlərimə bildirmədim” – FOTO

Sharing is caring!

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.

Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.

Bununla yanaşı, döyüşlərdə yaralanan qazilərimiz də oldu. 

Onlardan biri də Elvin Əhmədzadədir.

1996-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gələn qazi Oxu.Az-a açıqlamasında bildirib ki, könüllü olaraq döyüşlərə qatılıb:

“İqtisad Universitetində təhsil almışam. Vətən müharibəsi başlayan ilk gündən öz istəyimlə döyüşlərə qatıldım. Döyüş yoldaşlarımla Füzuli uğrunda gedən ağır döyüşlərdə iştirak etdik. Həmin vaxt yaralansam da, valideynlərimə bu barədə heç bir məlumat vermədim. Daha sonra döyüşlərə yenidən qatıldım. Valideynlərimə mesaj yazdım ki, məndən narahat olmayın və Laçını almağa gedəcəyik”.

E.Əhmədzadə qeyd edib ki, Xocavənd istiqamətində hücuma keçərkən ağır yaralanıb. 
O, döyüşlərdan qayıtdıqdan sonra bir neçə dəfə əməliyyat olub.

Qazimiz “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Eyni zamanda sosial təminatla təmin olunub. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir