Cəmiyyət

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Zəncir, yoxsa qayış mühərrikli maşın yaxşı yol yoldaşıdır? – FOTO

Sharing is caring!

Avtomobil alarkən ən çox düşündürən benzin və dizel məsələsi, eləcə də mühərrikin gücü, növü olur. Düşünməyinə düşünək, amma hansının daha keyfiyyətli olduğu, yol yoldaşlığına sadiq olduğunu isə hər kəs düzgün seçə bilmir.

Bununla bağlı müxtəlif tövsiyələr var. Bəzi ustalar dizel yanacağının sərfəli olduğunu düşünsə də, digər bir qrup ustalar ölkədə dizel yanacağı ilə çalışan mühərriklər üzrə güclü mütəxəssislərin az olduğunu deyir.

Eləcə də mühərrikin zəncir və qayış ötürmələrinə görə fərqləri, keyfiyyətləri və büdcəyə uyğunluğu da əsas məqamlardan biridir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat vasitələri üzrə texniki mütəxəssis Əli Soltanov deyir ki, müqayisədə mühərrikin qayış ötürmə ilə olması zəncirə nisbətən daha təhlükəlidir:

“Əslində keyfiyyət baxımından elə ciddi fərq olmur, çünki müvafiq qaydada hər ikisi üçün müəyyən kilometr var. Mühərriki zəncir ötürmələrlə olan avtomobillərdə zəncir keyfiyyətini itirdikdə maşında müəyyən səs yaradır və artıq sürücüyə bir növ xəbərdarlıq etmiş olur. Lakin qayışlarda belə deyil, bir anda qırılır və sürücü üçün sürpriz yaranır. Bütün mühərriklərdə olmasa da, “ecotec” və yeni nəsil mühərriklərdə qayış ötürmələr qırılanda təzyiq klapanları da sıradan çıxarır. Mühərrikin qayış ötürmələri avtomagistralda 80 min kilometr yürüşdən sonra dəyişdirilsə, yaxşıdır. Şəhər içi 50 min kilometr yürüşdən sonra dəyişmək daha çox tövsiyə edilir. Zəncir ötürmələrin isə heç bir yerdə hər hansı reqlamenti yoxdur. Yalnız məsləhət görülür ki, 150-200 min kilometr yürüşdən sonra dəyişdirilsin. Qayışdan fərqli olaraq zəncir istismar müddəti bitənə yaxın səs verir və bundan başa düşmək olur”,- deyə Ə.Soltanov qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir