Cəmiyyət

Metronun “Dərnəgül” stansiyası yaxınlığında yanğın başlayıb – CANLI

Sharing is caring!

Bakı şəhərinin Binəqədi rayonunda “Dərnəgül” metrostansiyası yaxınlığında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir