Cəmiyyət

Şamaxıda 13 yaşlı qız özünü asıb

Sharing is caring!

Şamaxı rayonunda intihar hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Kiçik Xınıslı kəndində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Zeynəb Əzimzadə yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün uşağın həyatını xilas etmək mümkün olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerindədir. On üç yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir