Cəmiyyət

Sabirabadın deputatı qazi Elvin haqda danışdı: “Məndən xahiş etmişdi ki…” – AÇIQLAMA

Sharing is caring!

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşərək, düşmənin 30 illik işğalına son qoyan, tarixi torpaqlarımızı azad edən qəhrəmanlarımızından biri Elvin Cəfərovun intiharı hər birimizi dərindən sarsıtdı. Ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar edən Vətən övladlarına, onların ailələrinə dövlətimiz tərəfindən hər cür köməklik göstərilir. Şəhid ailələri və qazilərin sosial problemlərinin həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Eləcə də, hər birimiz öz növbəmizdə onların çətinliklərinin həlli istiqamətində bütün mümkün olan addımları atmalıyıq”.

Bu sözləri azxəbər.com-a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

O bildirib ki, hazırda Sabirabaddadır:

“Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmək üçün hazırda Sabirabad rayonundayam”.

Deputat bildirib ki, Qurban bayramında Elvinlə görüşüb:

“Mən də Qurban bayramı günü digər qazilərimizlə birgə Elvinlə görüşmüşəm, bayramlaşmışıq. Görüşdə ailə üzvünün məktəbdə işə qəbulu ilə bağlı xahiş etdi. Görüşdən sonra Elvin mənimlə bir daha əlaqə saxlayaraq dayısı oğlunun da bank sektorunda işə düzəlməsini xahiş etdi, dayısı ilə də danışmışam. Elvinin anası Rüqəyyə xanımı da yaxşı tanıyıram. Elvinin evinə də getmişəm. Elvin özü də Milli Məclisdə olub. Allahdan bir daha Elvinə və bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə səbir, qazilərimizə şəfa diləyirəm.

Eyni zamanda qeyd etməliyəm ki, qazimiz Elvinin intihar etməsi faktı ilə bağlı hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ona görə də bütün jurnalist dostlarımızdan xahiş edirəm ki, istintaqın nəticəsini gözləsinlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir