Cəmiyyət

Külək bir ailəni evsiz qoyub – VİDEO

Sharing is caring!

10 gün öncə Oğuz rayonunda yağışla müşahidə olunan güclü külək rayonun Muxas kəndində yaşayan Gülnar Xasməmmədovanın evini qəzalı vəziyyətə salıb.

Nəticədə evin dam örtüyü uçub, yağış suları evin içərisinə dolub. Hadisə səhər saatlarında baş verdiyindən ana və qızı yatmış vəziyyətdə olublar. Bu zaman Gülnar Xasməmmədovanın 17 yaşlı qızı da yüngül xəsarət alıb. Həmin gündən Xasməmmədovlar ailəsi həyətlərində olan üstü örtülü, yan tərəfləri açıq sahəyə sığınıblar. Xasməmmədovlar ailəsi hazırda çox ağır durumdadır.

Bir-neçə ilə öncə həyat yoldaşından ayrılan Gülnar xanım bir qızı ilə evin bütün yükünü öz çiyinlərinə götürüb. Heç bir yerdə işləməyən Gülnar xanım həyətində yetişdirdiyi tərəvəzi satmaqla ailəsini dolandırmağa çalışır. Bu günə kimi özünün və qızının dolanışığını təmin edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir