Cəmiyyət

İsmayıllıda aşan ağac magistral yolu bağlayıb: Yüzlərlə avtomobil yolda qalıb

Sharing is caring!

İsmayıllı rayonunda irigövdəli ağac aşaraq Muğanlı-İsmayıllı yolunu bağlayıb.

APA-nın xəbərinə görə, bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb.

Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. Yolda nəqliyyatın hərəkəti dayanıb, yüzlərlə avtomobil yolda qalıb. Hazırda yolun açılması üçün ağacın kəsilməsi işləri görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir