Cəmiyyət

Xırdalanda mağaza sahibi qanunsuz parklanma yeri yaradıb – AÇIQLAMA

Sharing is caring!

Abşeron rayonunun Xırdalan şəhərində, Heydər Əliyev prospektində səki zəbt olunub. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, mebel mağazasının sahibi səkini qanunsuz olaraq zəb etdib, maşın dayanacağı yaradıb. 

Nəticədə maşınlar səkini bütünlüklə zəbt etdiyi üçün piyadalar prospektin hərəkət hissəsinə çıxmalı olurlar. Bu da təhlükə yaradır.

Məsələ barədə Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Seymur Qasımov Oxu.Az-a açıqlamasında bildirdi ki, artıq məsələ nəzarətə götürülüb:

“Səkinin zəbt edilməsi barədə Xırdalan Şəhər İcra Nümayəliyinə məlumat daxil olub. Əməkdaşlar əraziyə baxış keçiriblər və məlum olub ki, piyada səkisinin yerində maşınlar üçün qeyri-qanuni olaraq parklanma yaradılıb.

Məsələ nəzarətə götürülüb. Yaxın zamanlarda piyada səkisi bərpa olunacaq və vətəndaşların istifadəsinə veriləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir