Cəmiyyət

Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir

Sharing is caring!

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir.

Bunu Media.Az-a AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev deyib.

O, bu istiqamətdə işlərin aparıldığını, Rusiya və Qazaxıstanın elmlər akademiyaları ilə razılıq əldə olunduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq davam etdiriləcək.

“Xəzəri öyrənmək üçün beş ölkənin hər biri arasında iş aparılmalıdır”, – o əlavə edib.

Xatırladaq ki, bu gün Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfrans keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir