Cəmiyyət

“Keşikçidağ”dan illər sonra möhtəşəm görüntülər – FOTO/VİDEO

Sharing is caring!

Azərbaycanın bir sıra mədəniyyət işçiləri və memarları Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər ediblər.

Oxu.Az xəbər verir ki, səfər “Gəncə-Qazax iqtisadi rayonunun tarixi irsinin qorunması və şəhərsalmanın inkişafı” mövzusunda təşkil edilən plenum çərçivəsində baş tutub.

Plenum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir çərçivəsində bölgədə yerləşən bir çox tarix-mədəniyyət ocaqlarına səfərlər təşkil olunacaq.

Qeyd edək ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Ağstafa rayonunda, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində yerləşir. Buradakı qədim xristian məbədləri Qafqaz Albaniyası dövründən bu günlərə kimi ibadət yeri kimi tanınıb. Onlardan bəziləri Azərbaycan ərazisində, digərləri isə Gürcüstan ərazisində yerləşir.

Xatırladaq ki, sərhədlərin tam delimitasiya olunmaması ucbatından ibadətgahlar mübahisə predmetinə çevrilib və 2019-cu ildən buraya gediş-gəliş məhdudlaşdırılıb.

Qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri Azərbaycan Prezidentinin şərəfinə “İlham Əliyev zirvəsi” adlandırılıb.

Namiq Həsənov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir