Cəmiyyət

Rayonlara yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sharing is caring!

Yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 1-dən 3-ü səhərədək şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, iyulun 2-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 m/s olacaq.

Azərbaycanın rayonlarında iyulun 5-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, arabir 23 m/s, iyulun 2-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir