Cəmiyyət

İki övladı beyin iflicindən əziyyət çəkən ana: “Ərim bizi atıb getdi” – FOTO/VİDEO

Sharing is caring!

İsmayıllı rayonunda yaşayan İbadovlar ailəsi acınacaqlı durumdadır.

Bu barədə Oxu.Az-a müraciətində Aşıq Bayramlı kənd sakini Məhəbbət İbadova bildirib.

Onun sözlərinə görə, iki övladı beyin iflicindən əziyyət çəkir.

“Qızım Kərimova Gültəkin 2000-ci ildə, oğlum Tehran Kərimov isə 2002-ci ildə doğulub. Hər iki uşaq xəstə olduğu üçün həyat yoldaşım bizi tərk etdi. Ailənin bütün yükü mənim üzərimə düşdü. Atam sağ olan vaxtında bizə kömək edirdi. Onun vəfatından sonra vəziyyətimiz daha da pisləşib”, – deyə Məhəbbət İbadova bildirib.

O qeyd edib ki, əlacsızlıqdan evlərə təmizliyə gedib: 

“Əkin yerlərində işləyərək uşaqları müalicə etdirmişəm. İndi isə övladlarımın vəziyyəti daha da ağırlaşdığından onları evdə tək qoya bilmirəm. Gündə iki-üç dəfə bezlərini dəyişirəm. Mənə deyirlər ki, onları əlillər evinə qoyum. Amma övladlarımı gözümün qarşısından ayırmaq istəmirəm”.

Bir müddət kirayədə qalsalar da, sonradan pulu ödəyə bilmədiyinə görə ev sahibi onları evdən çıxarıb. Məhəbbət İbadova məcbur olub övladlarını də götürərək ana evinə sığınıb.

Övladlarının ikinci qrup əlil olduğunu deyən qadın dövlətdən aldığı pensiya ilə onları saxlaya bilmir. Deyir ki, aldıqları pensiya onların tələbatını ödəmir. Məhəbbət İbadova yardımsevər insanların köməyinə ehtiyaclarının olduğunu bildirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir