Cəmiyyət

Cəlilabadda iki avtomobil TOQQUŞDU: Ölən və xəsarət alanlar var – FOTO

Sharing is caring!

Cəlilabadda ağır avtomobil qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyundai Santa Fe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir