Cəmiyyət

FHN təlimatçısı: “Türkiyədə yanğın olan ərazilərə 120 tondan artıq su boşaltmışıq”

Sharing is caring!

“Türkiyədə yanğın olan ərazilərə 120 tondan artıq su boşaltmışıq, bununla da yanğınların lokallaşdırmasına nail olmuşuq”.

Bu fikirləri “Report”un Türkiyə bürosuna açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) uçuş mühəndis təlimatçısı Cavid Qəhrəmanlı bildirib.

“Heç istəməzdik ki, qardaş Türkiyədə bu cür fövqəladə hadisə olsun, amma digər tərəfdən də bizim üçün yanğınların söndürülməsində iştirak etmək böyük şərəfdir. Qarşımıza qoyulan bütün tapşırıqları tam yerinə yetirmişik. Mərkəzləşdirilmiş yerli koordinasiya mərkəzinin yeni tapşırıqlarını gözləyirik. Lazım olduğu təqdirdə mərkəzdən verilən koordinatlara uyğun olaraq yenidən yanğınsöndürmə prosesində iştirak edəcəyik”, – təlimatçı deyib.

C.Qəhrəmanlı amfibiya tipli təyyarənin çətin və məsuliyyətli missiyasından bəhs edib:

“Amfibiya tipli təyyarələr ekstremal şəraitdə idarə olunduğuna görə digərləri ilə müqayisədə xüsusi hazırlıq tələb edir. Bizim ekipaj da yüksək peşəkarlığı ilə seçilir. Aramızda gənc pilotlar da var, onlar da burada vacib təcrübə qazanır və indiyədək qarşıya qoyulan bütün tapşırıqların icrasında hansısa ciddi problem yaşamamışıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir