Cəmiyyət

Alban-Udi xristian icmasının üzvləri Suqovuşana səfər ediblər – FOTO

Sharing is caring!

Alban-Udi xristian dini icmasının üzvlərinin 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə ziyarətləri başlayıb.

“Report”un Qarabağ mərkəzi xəbər verir ki, icma üzvləri Suqovuşanda olan V əsrə aid olan və ermənilərin 1898-ci ildə bərpa edərək öz məbədi kimi qələmə verdikləri Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər.

Kilsədə dini ayin icra edilib.

İcma üzvləri, ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə geniş bərpa-quruculuq işlərinin aparıldığını əsas gətirərək vurğulayıblar ki, bütün tarixi-mədəni və dini abidələrimizin tezliklə bərpa ediləcəyinə əmindirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir