Cəmiyyət manset

Nəsimi rayonunda iyul ayında 4 səyyar qəbul keçirilmişdir-FOTOLAR

Sharing is caring!

 

XeberAl.az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Nəsimi İcra Hakimiyyəti tərəfindən cari ilin iyul ayında yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir.

Rayonda 2019-cu ilin iyun ayı ərzində 4 səyyar qəbul keçirilmiş, 650-dən artıq sakinin iştirak etdiyi qəbullarda 24 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, digər məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən yeniyetmələrin və gənclərin yay istirahətinin səmərəli təşkili, mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri və istifadəsiz su çənlərinin yığışdırılması, və s. məsələlərlə bağlı olmuşdur.

Qəbullarda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edilərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər barəsində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tərəfindən ətraflı məlumatlar verilmişdir. Səyyar qəbullarda iştirak edən sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhali tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd edərək vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir