Cəmiyyət

Bakıda 33 dərəcə isti olacaq, bəzi rayonlara yağış yağacaq – Şənbə gününün HAVASI

Sharing is caring!

Azərbaycan ərazisində iyunun 25-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 31-33° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.

Əksər rayonlarda isə əsasən yağmursuz hava olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 7-12, gündüz 17-22° isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir